Bloglaşdırılmışlar

Həə, çoxdandı başınızı dəng etmirəm. Amma bu dəfə tənqiddən yox, tərifdən dəm vurmağa çalışacağam. Sözün əsl mənasında AzNetdə son günlərdə çox gözəl və faydalı saytlar, bloglar yaranmağa başlayıb. Bir antiəyləncəçi olaraq bu məni həddindən artıq sevindirir. Elə başlayaq webxananın yazarlarından Pərvizin yeni layihəsi yayim.net saytından. Sayt qürbətdə yaşayan azərbaycanlılar üçün sanki bir dərman oldu. Çünki qürbətdəki həmvətənlərimiz neçə illərdir Azərbaycan kanallarına həsrət idilər. Sağ olsun Pərviz qardaşımız sadə və gözəl şəkildə saytı bizlərə təqdim etdi. İkincisi ElimizOnline İT Qroup tərəfindən həyata keçirilən (və mənim də əməyimin sayəsində, heç təvazökar deyiləm də :P) “Xəbərnamə” milli “digg” saytıdır. Bu layihə AzNet məkanında ilk yeni layihədir. Saytın məqsədi istifadəçilər tərəfindən göndərilən xəbərlərin və məlumatların bir yerə cəmlənməsi, qiymətləndirilməsi və şərh olunmasıdır. Dünyaca məşhur Digg.com saytından xəbərdar olanlar bu layihənin AzNetə nə qədər xeyir gətirəcəyinin fərqindədirlər. Bu arada AzNetdə ilk keyfiyyətli milli blogun yaradılmasında əməyi olan Fərhad qardaşımıza da təşəkkür edək. Çünki yuxarıda bəhs etdiyim layihə də onun sayəsində həyata keçib. “XəbərNamə” haqqında daha sonrakı yazıda geniş bəhs edəcəyik.

Gələk indi AzNetdə tüğyan edən blog həvəskarlarına. AzeriBlogun yaranması ilə fəallaşan blogcular, ana dilimizdə səviyyəli blogalar açaraq AzNetin inkişafı naminə xeyirli yazılar və məqalələr guppuldadırlar. Bunlardan netimizin atanşiki Oxatan qərdeşimizdir. AzNetdə kontentləri ata-ata saytına yığıb, öz baməzə şərhləti ilə onu əcaib-qəraib hala salıb, bloguna yerləşdirərək bizləri feyziyab edir. Blogran - elə bu da atanşikdir, demək olar ki :D Öz haqqında ingiliscə kəlmələr düzsə də, azərbaycanlı cavan blogculardandır ki, internet aləmində və texno məkanda maraqlı olan xəbərləri ana dilimizdə bizlərlə bölüşür. Bloglar arasında lotuluq edən, Lotu Nurlanın blogu da olduqca oxunaqlıdır. AzNet sözündən zəhləsi gedən Nurlan blogunda AzNetə aid tənqidlər, təriflər, müxtəlif materiallar və məlumatlar yerləşdirməklə başını girləyir. Maraqlı və əcaib bloglardan biri də alternativa blogudur ki, saytın yazıları və daha çox plakatları, şəkilləri netbazları düşünməyə sövq edir. AzNetin ilk webzine (virtual fanatik+magazin həvəskarı) ünvanına sahib olan blog özünün undergroundluğu və postmodernliyi ilə xod gedir. Ölkənin içində və dışında olub-bitənlərə BELƏ baxan Vüsal Məmmədovun yorumları (+ Sizin fikirləriniz) da maraqlı bloglardandır. Qızğın və qaynar müzakirələrin və maraqlı yorumların yazıldığı blog, AzNetdə müasir jurnalistik bloglarından biri olaraq ziyarət edilməsi məsləhətlidir! Hələlik ağ etməyək, bu qədər bəsdir. Gələn bloglaradək…

4 Responses to “Bloglaşdırılmışlar”

  1. Xəbərnamə-yə görə təşəkkürlər.

  2. Facebookda qələt elədim adımı, lotu Nurlan yazdım, indi bu əcnəbilər mənim adımı lotu bilirlər :)
    Yazıya görə təşəkkürlər

  3. Salam.http://www.nextaz.wordpress.com -bloguda var blog ailesi arasinda.

  4. AZNET HAQQINDA MEQALEVI OXUDUM.ELA QƏLƏMİN VAR DEMƏK OLARKİ ARTIQ YAXŞI MƏNADA AZNET PİSERLƏRİNİN KEYFİYƏTLİ YAZILARI İLƏ MUQAYİSƏ OLUNANDIR.

Leave a Reply