‎“AzeriBlog”dan blogçulara mükafat

ipod

AzeriBlog sistemində mövcud olan fəal blogcular üçün hər il müsabiqə təşkil ‎olunacaq və AzeriBlog saytının doğum günü (İyul 21) keçiriləcək tədbirdə ‎müsabiqənin qaliblərinə müəyyən olunmuş, müxtəlif hədiyyələr veriləcək.

Hədiyyələr mobil telefonu, İpod MP3 player, Mobil üçün kontur, İnternet ‎kartları, nəğd pul və s. mükafatlardan təşkil olunacaq.

‎20 blogcuya 20 hədiyyə:

• ‎5 blogcu, hansı ki, bloglarının dizaynı və səliqəsi həddən artıq əla ‎olsun;‎
• ‎5 blogcu, hansı ki, blogları ən çox ziyarətçiyə sahib olsun;‎
• ‎10 blogcu, hansı ki, aşağıdakı kateqoriyalara sahib olsun:‎

‎1.‎ Məlumatların və yazıların yenilənmə tezliyi
‎2.‎ Məlumatların originallığı və yüksəklik səviyyəsi
‎3.‎ Azərbaycan dilinin qrammatik qaydalarına riayət olunması

Mükafata nominant olmuş blogçu iddiaçılarının qalibləri, resursların virtual ‎səsvermə və virtual jürinin səsverməsi nəticəsində seçiləcəklər və mərasımdə ‎adları müəyyən olacaq və mukafatlanacaqlar. ‎

mənbə

Leave a Reply